"Qalatasaray"da növbəti ayrılıq

“Qalatasaray” 27 yaşlı futbolçusu Oğulcan Çağlayan ilə yollarını ayırıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-qırmızılar” futbolçu ilə müqaviləyə xitam veriblər.

Oğulcan Çağlayan rəsmi İnstaqram hesabındakı paylaşımında kluba və azarkeşlərə təşəkkür edib

“Qalatasaray” forması ilə çıxış etmək qürurverici hiss idi. Rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm”, - deyə o, bildirib. 

Qeyd edək ki, futbolçunun “Qaziantepspor”a keçidi gözlənilir.