"Qalatasaray"da Okan Buruk dönəmi davam edəcək

“Qalatasaray” baş məşqçi Okan Burukla yola davam edəcək.

Sportline.az Fotomaç.com-a istinadla xəbər verir ki, onun müqaviləsinin müddəti artırılıb.

Klubun prezidenti Dursun Özbek təcrübəli mütəxəsisin işindən razı qaldığını və uzun illər Okan Burukla çalışmaq istədiyini deyib.

Okan Buruk isə “Qalatsaray”da özünü xoşbəxt hiss etdiyini və gələcəkdə də komandanın uğurları üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Okan Buruk 1 il 4 aydır ki, “Qalatasaray”ı çalışdırır.