"Qalatasaray"da yeni transferlər

“Qalatasaray” Dortmund “Borussiya”sı və “Bavariya”da çıxış edən türk əsilli futbolçuları heyətinə qatıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi “Borussiya Dortmund”dan 17 yaşlı Qökdeniz Gürpüzlə,

“Bavariya”dan isə Eyüp Aydınla razılaşıb.

Qeyd edək ki, futbolçuların bu həftənin sonunadək İstanbula gələcəyi gözlənilir.