"Qalatasaray"dan ilk transfer

“Qalatasaray” sağ cinah müdafiəçisini İngiltərədən tapıb.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılar" Serj Auryerin transferi ilə bağlı “Nottinqem Forest” və futbolçu ilə razılıq əldə edib.

31 yaşlı futbolçunun “Nottinqem Forest”lə müqaviləsi mövsümün sonunda bitəcək.

Təcrübəli futbolçu qısa müddət ərzində İstanbula gələrək rəsmi müqavilə imzalayacaq.

Fildişi Sahilindən olan Serj Auryer hazırda Afrika kubokunda millinin şərəfini qoruyur.

Cari mövsüm “Nottinqem Forest”lə 13 oyuna çıxan müdafiəçinin aktivində 2 məhsuldar ötürmə var.