“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” “Hannover 96”-da çıxış edən 25 yaşlı Almanyalı sol cinah müdafiəçisi Derrik Köhnlə razılıq əldə edib.

Sportline.az xəbər verir ki, Türkiyə klubu oyunçunu transfer qiymətini ödəyərək heyətinə qatacaq.


Qana əsilli sol cinah müdafiəçisi bu mövsüm çıxdığı 21 oyunda 3 qol,6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, oyunçunun “Hannover”lə 2025-ci ilə qədər müqaviləsi var idi.