"Qalatasaray"ın "Bavariya" üzərində qələbə üçün mükafatı açıqlandı
“Qalatasar” rəhbərliyi UEFA Çempionlar Liqasında "Bavariya" ilə oyun üçün mükafat təyin edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, komanda qələbə qazanacağı təqdirdə 1 milyon avroya sahib çıxacaq.
İstanbul klubunun rəhbərliyi qələbəyə görə əldə olunacaq 2,8 milyon avronun 1 milyonunu futbolçulara mükafat verəcəyini bildirib.
Qeyd edək ki, “Qalatasaray” “Bavariya” görüşü Bakı vaxtı ilə saat 20:450-də başlanacaq.