"Qalatasaray"ın böyük planı üzə çıxdı

“Qalatasaray” rəhbərliyi UEFA Çempionlar Liqasında qrup mərhələsini adlayacağı halda fərqli transfer siyasəti yürüdəcək.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Dursun Özbek klubun TV kanalına veridiyi açıqlamada: “Azarkeşlərimizə demək istəyirəm ki, yanvar ayından etibarən çox fərqli “Qalatasaray” görəcəksiniz. İnanıram ki, bu Türkiyə futbolu tarixində bir ilk olacaq”,- deyib.

Qeyd edək ki, baş məşqçi Okan Buruk artıq idman direktoru Erdem Timura transfer olunacaq futbolçuların siyahısını təqdim edib.