"Qalatasaray"ın futbolçusu İngiltərə nəhənglərinin hədəfində

İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klubları “Qalatasaray”ın sağ cinah müdafiəçisi Saşa Boeni transfer etmək qərarına gəlib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi əzəli rəqiblərin “sarı-qırmızılar”a ilkin təklifini qəbul etməyib. 

“Qalatasaray” futbolçunun hazırki dəyərinin 17 milyon avro olduğunu və transfer üçün daha artıq məbləğ təklif etməli olduqlarını bildirib.

Qeyd edək ki, İtaliya klublarının da Saşa Boenin xidmətində maraqlı olduğu deyilir.