"Qalatasaray"ın futbolçusu İtaliya klublarının diqqət mərkəzinə düşüb

"Qalatasaray"ın futbolçusu İtaliya klublarının diqqət mərkəzinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Aston Villa" klubunda icarə əsasında çıxış edən italiyalı futbolçu Nikolo Zanioloya ölkəsindən 3 komanda təklif göndərib.

"Qalatasaray" rəsmiləri "Yuventus", "Milan" və "Fiorentina" klublarının rəsmi təklif göndərdiklərini bildiriblər.

Qeyd edək ki, Nikolo Zaniolo mövsüm sonunda "Qalatasaray"a geri dönəcək.