"Qalatasaray"ın futbolçusu komandadan kənarlaşdırıldı

"Qalatasaray"ın yarımmüdafiəçisi Tangi Ndombele komandanın heyətindən kənarlaşdırılıb.

Sportline.az Fotospor-a istinadla xəbər verir ki, onun "Bavariya"ya məğlubiyyətdən (1:3) sonra otelə hamburger sifariş etməsi diqqətdən yayınmayıb.

6 kq artıq çəkiyə malik futbolçunun bu hərəkəti baş məqşçi Okan Buruk tərəfndən bağışlanılmayıb.

Klub rəhbərliyinin artıq "Tottenhem"dən icarəyə götürülən futbolçu ilə vaxtından əvvəl vidalaşmaq istədiyi bildirilir.