"Qalatasaray"ın futbolçusu milli komandadakı karyerasını başa vurub

"Qalatasaray"ın Fildişi Sahillindən olan futbolçusu Vilfired Zaha milli komandadakı karyerasını başa vurub. 

Sportline.az Sporx.com-a istinadal xəbər verir ki, 31 yaşlı hücumçu Afrika Millətlər Kubokunda milli komandaya dəvət olunmayıb. 

Vilfired Zaha bu səbəbdən Fildişi Sahili milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. Futbolçu :"Əlbəttə seçmə komandada çıxış etmək istəyərdim, amma dəvət olunmadım. Növbəti illərdə çıxış etmək barədə düşünmürəm",-deyib. 

Qeyd edək ki, Vilfired Zaha "Qalatasaray"a bu mövsüm "Kristal Pelas"dan transfer olunub.