"Qalatasaray"ın gənc futbolçusu komandadan ayrılmaq istəyir
"Qalatasaray"ın 19 yaşlı yarımmüdafiəçisi ayrılmaq istədiyini klub rəsmilərinə bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar"da forma geyinmə şansı əldə etməyən Hamza Akman klubdan ayrılmaq qərarına gəlib.
Futbolçunun "Kopenhagen"lə görüşdüyü və Daimarka klubuna transfer olacağı bildirilib.
Qeyd edək ki, Hamza Akman "Qalatasaray"ın U19 komandası ilə çıxdığı 15 matçda 5 qol, 4 asistlə yadda qalıb.