"Qalatasaray"ın idarə heyətində problemlər bitmir
"Qalatasaray" İdarə Heyətinin üzvü Sedat Doğan Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin klub üzvlüyündən çıxarılmasını tələb edib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, Sedat Doğan şikayət ərizəsində "Mehmet Büyükekşi "Qalatasaray" rəhbərliyi haqqında yalan danışdığı üçün üzr istəməlidir. Əlvaə olaraq Türkiyə Super Kubokunun final oyunu da İstanbulda keçirilməlidir. Əks təqdirdə namuslu insanların içində belə bir adama yer yoxdur",-deyib.
Türkiyə Futbol Federasiyasını (TFF) prezidenti Mehmet Büyükekşi məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Türkiyə Super Kubokunun final görüşünün Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilirdi.