“Qalatasaray”ın istədiyi futbolçu İspaniya klubuna transfer oluna bilər

"Qalatasaray"ın "Seltik"dən istədiyi futbolçu karyerasını İspaniya La Liqasında davam etdirəcək. 
 

Sportline.az xəbər verir ki, 23 yaşlı danimarkalı mərkəz müdafiəçisi Mett Orilinin  "Atletiko Madrid" klubu ilə şəxsi razılıq əldə etdiyi bildirilib.

Danimarkalı futbolçu üçün "Qalatasaray" rəsmiləri təklof göndərsələr də Matt Orili İspaniya klubumda çıxış etmək istədiyini deyib. 
 

Qeyd edək ki, Mett Orilini bu mövsüm "Seltik" forması ilə çıxdığı 32 oyunda 10 qol, 12 asistlə yadda qalıb.