"Qalatasaray"ın "Konyaspor" matçı üçün heyəti açıqlanıb

"Qalatasaray" Super Liqanın son həftəsində səfərdə "Konyaspor"la qarşılaşacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Cim-bom" Konyaya tam heyətlə yollanacaq.

Sarı vərəqə cəzalısı olan Hakim Ziyeş də düşərgəyə daxil edilib.

Qeyd edək ki, Okan Buruk rəhbərlik etdiyi "Qalatasaray"a "Konyaspor"la oyunda çempionluq üçün 1 xal da kifayət edəcək.