"Qalatasaray"ın prezidenti istefa tələb edib

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek TFF rəsmilərinin istefasını tələb edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, bu gün keçirilən iclas zamanı komandanın prezidenti Dursun Özbek hakimlərin və TFF-nin qərlarlarından cana gəldiklərini və istefa vermələrini istədiyini bildirib.

Dursun Özbek daha sonra açıqlamasında :"Bizim Avropada hədəfələrimiz var. TFF isə heç bir şeydə kömək etmir. Bizə yeni idarə heyəti lazımdır",-deyib.

Qeyd edək ki, "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində "Sparta Praqa"ya 1-4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.