"Qalatasaray"ın ulduz futbolçusu zədə üzündən oyunu buraxmalı olacaq

"Qalatasaray"ın ulduz futbolçusu Hakim Ziyeş "Adana Demirspor"la görüşü buraxmalı olacaq.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk futbolçunu əsas heyətə daxil etməyib. 

Hakim Ziyeşin mövqeyində Tetenin oynayacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" bu günki oyunda qələbə qazanacağı halda "Fənərbağça"nı üstələyərək turnir cədvəlinin birinci pilləsinə yüksələcək.