"Qalatasaray"ın yeni hədəfi

"Qalatasaray" heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə İngiltərəyə üz tutublar. 

"Sarı-qırmızılar"ın "Fulhem"in forvardı Karlos Vinisiusun transferinə hazırlaşdığı bildirilir.

Bu haqda fanatik.com.tr məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul nəhəngi vidalaşmağa qərar verdiyi Sedrik Bakambunu məhz Vinisiusla əvəzləmək niyyətindədir.