"Qalatasaray"ın yeni hədəfləri

Bu mövsüm də çempionluq titulunu qorumağı planlaşdıran "Qalatasaray" heyəti daha da gücləndirmək niyyətindədir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular qış növbəti transfer pəncərəsində orta sahəyə yeni futbolçular cəlb etməyi hədəfləyiblər.

Onlardan biri azarkeşlərin təzyiqinə görə "Qalatasaray"la anlaşması baş tutmayan Matias Vesinadır.

"Latsio"nun 32 yaşlı yarımmüdafiəçisi Okan Burukun transfer siyahısında yenə də ilk sıralarda yer alır.

Onunla yanaşı "Vulverhempton"un futbolçusu Mario Lemina da "Qalatasaray"ın hədəfindədir.