"Qalatasaray"ın yeni transferi bilindi
“Qalatasaray” “Lion”un futbolçunu heyətinə qatmaq niyyətindədir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi Sedrik Bakambunun yerinə Kadavereni transfer etmək istəyir.
Baş məşqçi Okan Buruk gözlənilə oyunu göstərə bilməyən futbolçu ilə yolları ayırmağı planlaşdırır.
Onun yerinə isə 27 yaşlı forvardı gətirmək qərara alınıb.
Qeyd edək ki, Kadavere daha öncə “Havr”, “Malyorka” və “Dürqarden” kimi klubların şərəfini qoruyub.