"Qalatasaray"ın yeni transferi debüt oyununda fərqlənib
"Qalatasaray" "Bandırmaspor" görüşündə meydana çıxan yeni transfer Vinisyus Karlos fərqlənməyi bacarıb.
Sportline.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu görüşün sonlarına doru həmyerlisi Tetenin ötürməsindən sonra dəqiq oynayaraq fərqi 2-yə yüksəldib.
İlk matçında ilk qolunu vuran braziliyalı futbolçu qolunu "Qalatasaray" azarkeşləri ilə bölüşüb.
Qeyd edək ki, görüş "Qalatasaray" klubunun 4-2 hesablı qələbəsi ilə başa çatıb.