"Qalatasaray"la oyunöncəsi əməliyyat

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Qalatasaray"la oyunöncəsi müdafiəçi Lisandro Martinezin ayağından aldığı zədə səbəbindən ikinci dəfə əməliyyat olunacağını deyib.

Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

Sentyabrın 29-da mankunianların mətbuat xidməti 25 yaşlı argentinalının bu ilin aprelində aldığı ayaq zədəsinin təkrarlanması səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlamışdı. Bu mövsüm müdafiəçi “Mançester Yunayted”in heyətində 6 oyun keçirib və bir məhsuldar ötürmə edib.

"Mançester Yunayted" - "Qalatasaray" görüşü sabah, oktyabrın 3-də baş tutacaq.