Qalmaqallı futbolçunun taleyinə aydınlıq gətirildi
Moskva "Lokomotiv"inin qalmaqallı futbolçusu Artyom Dzübanın komandadakı taleyinə aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, klubun direktorlar şurasının sədri Yuri Naqornıx onunla yola davam edəcəklərini bildirib.
"Artyomun çıxışından razıyıq. Düçünürəm ki, o çalışqanlığı ilə klubun gələcəyi olan gənc futbolçulara pis örnək vermir. Əminəm ki, bundan sonra da onunla birlikdə işləyəcəyik ", - deyə" Naqornıx RIA Novosti Sport-a açıqlamasında məsələyə aydınlıq gətirb.
Qeyd edək ki, Dzüba 2023-cü ilin fevralından "Lokomotiv"in formasını geyinir.