Qalmaqallı matçın yeni vaxtı
Fransa 1-ci Liqasının 10-cu turunda "Marsel" - "Lion" matçının təxirə salınması barədə xəbər vermişdik.
Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, həmin qarşılaşma dekabrın 6-da baş tutacaq.
Görüş oktyabrın 29-da keçirilməli idi. Amma oyundan öncə "Marsel" azarkeşlərinin "Lion"un avtobusuna daşla hücumu nəticəsində qarşılaşma təxirə salınmışdı.