Qana millisi baş məşqçi ilə yollarını ayırıb
Qana millisinin baş məşqçisi Kris Huqtonun vəzifəsinə xitam verilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, milli komandanın Afrika Millətlər Kubokunda zəif nəticə göstərməsi təcrübəli mütəxəssisin vəzifəsindən ayrılmasına səbəb olub.
Qana Futbol Federasiyası Kris Huqton və köməkçilərinin vəzifəsinə xitam verildiyini bildirib.
Qeyd edək ki, Qana millisi qrup mərhələsində çıxdığı 3 oyunda xal toplaya bilməyib.