"Qarabağ" Avstriyada ilk oyununa çıxır

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi "VSG Tirol"la qarşılaşacaq. 

Avstriya bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.

"In Gernot Langes" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan "Ferentsvaroş"u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.

Banner