"Qarabağ" azarkeşlərinin diqqətinə!

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la keçirəcəyi oyun “Bakı Metropoliteni”nin iş rejiminə də təsir edəcək.

Sportline.az xəbər verir ki, qurum “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edəcək.

Müvafiq əməliyyat planına uyğun olaraq, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün startı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

Stansiyadan arenaya yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması üçün növbətçilik cədvəli tərtib edilməklə, işçi qüvvəsi artırılacaq.

Gün ərzində qatarların hərəkət qrafiki isə yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Həmçinin ehtiyat qatarların da xəttə verilməsi diqqətdə saxlanılacaq və matçın ardından sərnişinlərin evlərinə təhükəsiz və rahat yollanmaları üçün qatarların daha intensiv hərəkəti təmin olunacaq. Zərurət yaranarsa, ehtiyat qatarlardan da istifadəyə veriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” oyunu saat 20:00-da başlanacaq.