"Qarabağ" ən yaxşı formada olan komandalar sırasında ilk "5-lik"dədir
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ən yaxşı formada olan komandaları siyahısında ilk "5-lik"dədir.
Sportline.az qurumun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisi son 5 oyunda bütün turnirlər daxil olmaqla yüksək nəticələr göstərən klubların siyahısında yer alıb.
Azərbaycan çempionu yalnız son 5 görüşdə qələbə qazanan "Marsel"dən (Fransa) geri qalır.
Ağdam təmsilçisi İngiltərənin "Liverpul", Almaniyanın "Bayer 04" klubları ilə 2-4-cü pilləni bölüşdürür.
Hər 3 komandanın hesabında 4 qələbə və 1 heç-heçə var.