"Qarabağ" "Hekken"lə oyuna itkilərlə çıxacaq
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Hekken"in qonağı olacaq.
Klubun mətbuat katibi Anar Hacıyevin Sportline.az-a verdiyi xəbərə görə, təmsilçimizin heyətində itkilər var.
Zədəli Bəhlul Mustafazadə ilə Marko Veşoviç bugünkü oyunda baş məşqçi Qurban Qurbanovun sərəncamında olmayacaq.
Son günlər komandanın məşqlərinə qatılan Redon Cicanın da meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.