“Qarabağ” liderlik mövqeyini möhkəmlədib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edən “Qarabağ” 3-0 hesabı ilə qalib gəlib.
“Köhlən atlar” 7-ci dəqiqədə Hamidu Keytanın qolu ilə hesabda irəli çıxıblar 64-cü dəqiqədə Nəriman Axundzadə fərqi 2-yə yüksəldib. Görüşdə son nöqtəni əsas vaxta əlavə olunmuş 2-ci də Juninyo Olavio qoyub.
15 turdan sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.