"Qarabağ" - "Molde" oyunu üçün satılmış biletlərin sayı
"Qarabağ" və Norveçin "Molde" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Sportline.az xəbər verir ki, bu say 19 mini keçib.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 20:45-də başlanacaq.