"Qarabağ" - "Olimpiya" matçı ikinci sırada
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.
Sportline.az xəbər verir ki, "Qarabağ"ın Bakıda "Olimpiya"ya qarşı keçirdiyi cavab qarşılaşması (1:1) ikinci sıradadır.
Oyunu Tofiq Bəhramov adına Respublika stadionunda 27 354 nəfər izləyib.
Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Matçı 50 900 nəfər izləyib.
Qeyd edək ki, "Qarabağ" ilk görüşdə Sloveniya təmsilçisinə qalib gəldiyi üçün (2:0) Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.