"Qarabağ" - "Rakuv" görüşünün vaxtı dəqiqləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə cavab oyununun tarixi açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA qarşılaşmanı avqustun 2-nə təyin edib.

Azərbaycan və Polşa çempionları həmin gün Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.

Oyun saat 20:00-da başlanacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Rakuv”la ilk oyunu iyulun 26-da səfərdə olacaq.