"Qarabağ" "Rakuv"la heç-heçə etdi

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edərək Çempionlar Liqası ilə vidalaşıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ"  - "Rakov" (Polşa) - 1:1

Qol: Tudor, 51 (0:1), Redon Cica, 60 (1:1)

Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun  - 2:3