"Qarabağ" SSKA-ya qarşı
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bolqarıstanda SSKA-nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.
30 iyul
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
22:00.SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
Baş hakim: Bran van Den Dries (Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu