"Qarabağ"a 2 qol vurdu, "ən yaxşı" adına namizəd oldu

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Sportline.az xəbər verir ki, "Molde"dən Kristian Eriksen, "Liverpul"da Kodi Qakpo, "Frayburq"dan Mixel Qreqoriş və "Marsel"dən Pyer-Emerik Obameyanq bu ada namizəddir. 

Xatırladaq ki, Eriksen "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qol vurub.

Qalib UEFA-nın saytında keçirilən sorğudan sonra məlum olacaq.