“Qarabağ”ın 8-ci transferi

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti - 8-ci futbolçu keçidini gerçəkləşdirib. 

Sportline.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində  “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Cebrail Makreçkis yay transfer pəncərəsində komandanın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.

Banner