"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"inə uduzacağı təqdirdə, "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə üz-üzə gələcək.  

"Qarabağ" ilk oyununu avqustun 4-də səfərdə, cavab görüşünü avqustun 11-də evdə keçirəcək.