"Qarabağ"ın əsas rəqibindən inamlı qələbə
UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Qarabağ"ın qrup mərhələsindəki əsas rəqibi sayılan "Bayer" Leverkuzendə "Heken"i qəbul edib.
Oyun gözlənildiyi kimi meydan sahiblərinin qələbəsi milə başa çatıb - 4:0.
İsveç təmsilçisinin qapısına qolları Florian Virts (10-cu dəqiqə), Amin Adlı (16), Viktor Bonifase (66) və Yonas Hofmann (70) vurub.
Qeyd edək ki, qrupun paralel keçirilən oyununda "Qarabağ" "Molde"yə 1-0 hesabı ilə qalib gəlib.