"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasına düşüb
"Sofascore” nəşri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.
Sportline.az xəbər verir ki,, "11-liy"ə "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də düşüb.
Monteneqrolu oyunçu Bakıda əlavə vaxtda Portuqaliyanın "Braqa" komandasına 2:3 hesabı ilə uduzduqları matçda 120 dəqiqə meydanda olub.
Xatırladaq ki, rəqibini səfərdə 4:2 hesabı ilə üstələyən"Qarabağ" 2 oyunun nəticəsinə əsasən 6-5 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.