"Qarabağ"ın futbolçusu Rusiya mətbuatında

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun çıxışı ölkəsinin mətbuatının diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, sovsport.ru saytında onun ötən gecəki oyundakı performansı, eləcə də Avroliqanın qrup mərhələsindəki inamlı oyunu vurğulanıb.

"Qarabağ"ın "Molde" (1-0) və "Hekken" (1-0) üzərində qələbələrində Lunyovun da əsas pay sahiblərindən olduğunu qeyd edən həmkarlarımız onun hər iki görüşdə qapısını toxunulmaz saxladığını qeyd ediblər. 

Xatırladaq ki, "Zenit" və "Bayer"in sabiq qolkiperi bu yay "Qarabağ"a transfer olunub.