"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bilindi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Estoniyada “Flora”nı 3:0 hesabı ilə yenən Polşanın “Rakuv” komandası II mərhələyə adlayıb.

Polşalılar II təsnifat mərhələsində “Qarabağ” – “Linkoln” cütünün qalibi ilə üz-üzə gələcəklər. 

Qeyd edək ki, ilk oyunda “Rakuv” "Flora"ya 1:0, “Qarabağ” isə "Linkoln"a 2:1 hesabı ilə qalib gəlmişdi.  

Çempionlar Liqasında II mərhələnin ilk görüşləri iyulun 25-26-da, cavab oyunları avqustun 1-2-də olacaq.