"Qarabağ"ın Leverkuzen planı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"in qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu martın 12-də, saat 18:15-də Köln şəhərinə, oradan isə Leverkuzenə yollanacaq.

Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi olacaq.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. 

Xatırladaq ki, rəqiblərin ilk oyunu 2-2 hesabı ilə nəticələnib.