"Qarabağ"ın oyununun hakimi açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” görüşünün hakimləri bilinib.
Sportline.az xəbər verir ki, avqustun 2-də keçiriləcək oyunu almaniyalı Sven Yablonski idarə edəcək.
Ona Lasse Koslovski və Eduard Beytinger yardımçı olacaq.
Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Qeyd edək ki, oyun Bakı Olimpiya Stadionunda olacaq.
Polşadakı ilk görüş isə iyulun 26-da keçiriləck.