"Qarabağ"ın qapıçısı: "İstəyərdim ki, "Bayer"..."

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının finalı ilə bağlı fikrini bölüşüb.

Sportline.az xəbər verir ki, rusiyalı futbolçu championat.com saytına açıqlamasında mövsümün həlledici görüşü ilə bağlı bunları deyib: "Finalda gözəl oyuna azarkeşlik edəcəm. İstəyərdim ki, Aleksey Mirançuk özünü tam göstərə bilsin. Və əlbəttə ki, "Bayer"in qələbə qazanması yaxşı olardı. Hər halda onların trebl etmək şansları var".

Qeyd edək ki, Lunyov "Qarabağ"dan əvvəl məhz "Bayer"in qapısını qoruyub.