"Qarabağ"ın qrup mərhələsi üçün iştirak ərizəsi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi qrupda 25 futbolçunun xidmətindən yararlanacaq.
Baş məşqçi Qurban Qurbanov komandadan ayrılması gözlənilən Adama Diakabini heyətə daxil etməyib.
Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov
Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yasin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev
Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 19. Redon Cica, 90. Nəriman Axundzadə
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrupunda , “Bayer” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.