"Qarabağ"ın rəqibi hücumçusunu itirdi

UEFA Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Roma" itki ilə üzləşib. SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi Patrik Şikin xidmətindən məhrum olub.

Çexiyalı hücumçunun müayinəsi vaxtı əzələsində problem olduğu məlum olub. Onun hansı müddətə sıradan çıxdığı dəqiq bilinmir.