"Qarabağ"ın rəqibində ayrılıq
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Molde"nin heyətində ayrılıq olub.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi Ola Brunhildsenlə Norveç təmsilçisindən ayrılaraq "Midyulann"a keçib.
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Molde" ilə yanaşı, Almaniyanın "Bayer" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.