"Qarabağ"ın rəqibinin daha 2 futbolçusu koronavirusa yoluxdu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sivasspor"da daha iki futbolçuda koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayəb. Biri millinin düşərgəsindən qayıdan futbolçu olmaqla, 2 oyunçunun koronavirus testi müsbət çıxıb. Onların karantinə alındıqları və müalicələrinə başlanıldıqları bildirilib.

Qeyd edək ki, daha əvvəl "Sivasspor"da 3 futbolçu koronavirusa yoluxmuşdu.