"Qarabağ"ın sabiq futbolçusu karyerasını bitirir

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını bitirmək niyyətindədir. 

Sportline.az xəbər verir ki, Yaponiyanın “Syonan Balmare” klubundan ayrılan norveçli hücumçu yaxın günlərdə qərarını açıqlamağa hazırlaşır.

Elyunussi özünə yeni komanda tapa bilməsə futbolla vidalaşacağını bildirib.

Qeyd edək ki, 35 yaşlı forvard 2017/2018 mövsümündə “Qarabağ”da oynayıb.